ENG

AMEA, Prezident yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında Saziş imzalanıb

1972
A A A
Noyabr 28 2015

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü çərçivəsində Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi baş tutub.

“Azərbaycan Milli Elmlər Akademiyası, AR Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” dördtərəfli Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü, akademik Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıblar.

Görüşdə, həmçinin elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR