AZE

“ELMDƏ ZƏFƏR MÜKAFATI-2021” nominasiya müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatda məsləhət vebinarı keçiriləcəkdir.

A A A
October 05 2021

Hörmətli alimlər!

“ELMDƏ ZƏFƏR MÜKAFATI-2021” nominasiya müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatda məsləhət vebinarı keçiriləcəkdir. Vebinarların keçirilməsində məqsəd ortaya çıxan sualların cavablandırılmasıdır.

Seminar cədvəli

TARİX SAAT
seminar 06 oktyabr 15:00

 

Vebinarlar Elmin İnkişafı Fondunun əməkdaşları tərəfindən Zoom Cloud Meetings proqramı vasitəsi ilə keçiriləcəkdir. İştirak etmək istəyənlər seminar@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər. Zoom Cloud Meetings proqramında vebinarlara qoşulmaq üçün tətbiqetməni mobil cihazınıza və ya kompüterinizə yükləməkdən sonra, elektron poçt ünvanına göndərilən linkə daxil olmaqla qoşulmaq kifayətdir. Vebinarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin vebinarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, vebinarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

WISE WORDS