ENG

Vyana Təbiət Tarixi Muzeyinin əməkdaşı Dr. Ludovic Ferrière Elmin İnkişafı Fondunda olub

A A A
May 07 2018

2018-ci il 7 may tarixində Elmin İnkişafı Fondunda Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən "Təbiət Tarixi Muzeyi"nin (http://www.nhm-wien.ac.at/en) əməkdaşı, meteoritlər və zərbə kraterləri üzrə dünyada tanınmış mütəxəssis Dr. Ludovic Ferrière ilə görüş keçirilib. Alim meteoritlərin müəyyənləşdirilməsi, qaya, tikinti daşı və dekorativ daş kolleksiyalarında kuratorluq işi, ekspedisiyaların təşkili və meteorit zərbə kraterlərinə dair tədqiqatların aparılması (http://www.meteorimpactonearth.com/publications.html) ilə məşğuldur. O, eyni zamanda bu sahədə yeni mütəxəssislərin hazırlanmasına, tədris işinə, həmçinin ziyarətçilərin elmi-kütləvi formada məlumatlandırılmasına da öz töhfəsini verir.

Elmin İnkişafı Fondunun əməkdaşlarının da iştirak etdiyi informasiya xarakterli görüşdə “Təbiət Tarixi Muzeyi”ndə aparılan tədqiqatlar, Ludovic Ferrière-nin bir sıra xarici ölkələrə olan ekspedisiyaları, həmçinin Azərbaycanda ziyarət etdiyi Şamaxı Astrofizika Rəsədxanası ilə bağlı təəssüratlarından danışılıb. Ludovic Ferrière “Təbiət Tarixi Muzeyi” haqqında hazırlanmış video-çarxı da iştirakçıların diqqətinə çatdırıb.

Sonda Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycanda bu sahədə görülən və planlaşdırılan birgə tədbirlər haqqında məlumat verərək “Təbiət Tarixi Muzeyi” və Dr. Ludovic Ferrière ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin perspektivlərindən bəhs edib. Yaxın gələcəkdə tədqiqatların davam etdirilməsi məqsədilə tərəflər arasında növbəti görüşlərin keçiriləcəyi də razılaşdırılıb.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

HİKMƏTLİ SÖZLƏR