ENG

İCRAÇI DİREKSİYA


Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№223, 19 fevral 2010-cu il) ilə Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilmişdir.

Elmin İnkişafı Fondunun ştat cədvəli “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№70, 20 aprel 2010-cu il) ilə təsdiq edilmişdir.

Ştata icraçı direktor, müşavir, baş mühasib, 4 baş məsləhətçi, 2 aparıcı məsləhətçi və 1 məsləhətçi daxildir. Bununla yanaşı, ştatdankənar işçilərin əmək müqaviləsi yolu ilə Elmin İnkişafı Fondunun icraçı direksiyasının işinə cəlb olunması da Qərarda nəzərə alınmışdır.

icraci_direksiya

 

 

HİKMƏTLİ SÖZLƏR