ENG

Azərbaycan Elm Fondunun 2023-cü il 24 fevral tarixli
 Q-4 nömrəli qərarı ilə təsdiq olunmuşdur

gerb_2_-_kicik

Azərbaycan Elm Fondu
Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1 Bu Qaydalar Azərbaycan Elm Fondu (bundan sonra - Fond) tərəfindən Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları və layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 oktyabr tarixli 1855 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Elm Fondunun Nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) və digər müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla qrantların verilməsi üzrə müsabiqələrin (bundan sonra - müsabiqələr) keçirilməsi qaydalarını tənzimləyir.

1.2 Müsabiqələr hər il vaxtaşırı prioritet elmi istiqamətlərə uyğun olaraq aşağıdakı elm sahələri üzrə təşkil edilir:

1.2.1. Fizika-riyaziyyat və texnika elmləri;
1.2.2. Yer haqqında elmlər;
1.2.3. Biologiya, tibb və aqrar elmləri;
1.2.4. Kimya elmləri;
1.2.5. Humanitar və ictimai elmlər.

1.3. Müsabiqədə iştirak etmək üçün təqdim olunan ərizə (bundan sonra - ərizə) və digər sənədlər (formalar) tərtib edilərkən bu Qaydaların 1.2-ci bəndində qeyd olunmuş elm sahələri üzrə Fond tərəfindən təsdiq edilmiş elmi-tədqiqat istiqamətlərinin ümumi təsnifatına istinad olunur.


(Ətraflı)

PDF formatda yükləmək  pdf-icon 

HİKMƏTLİ SÖZLƏR