ENG

9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə 2019-cu ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.

A A A
Yanvar 07 2019

12:03

Hörmətli qrant iddiaçıları!

9-cu “Mobillik qrantı” məqsədli müsabiqəsi üzrə 2019-cu ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.   

Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. 

 

Seminar cədvəli

TARİX SAAT
1-ci seminar 10 yanvar 11:00
2-ci seminar 17 yanvar 15:00
3-cü seminar 24 yanvar 11:00
4-cü seminar 31 yanvar 15:00
5-ci seminar 07 fevral 11:00
6-cı seminar 14 fevral 15:00
7-ci seminar 21 fevral 11:00

 

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR