ENG

Elmin İnkişafı Fondu 2011-ci il üçün 1-ci müsabiqəsi çərçivəsində sonuncu məsləhət seminarını keçirmişdir

A A A
Fevral 01 2011

Elmin İnkişafı Fondu (EİF-2011-1(3)) 2011-ci il üçün 1-ci müsabiqəsinin sonuncu məsləhət seminarını keçirmişdir.

Seminarda AMEA Neft-Kimya Prosesləri İnstitutu, AMEA Geologiya İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AMEA Kibernetika İnstitutu, AMEA Kimya Problemləri İnstitutu, Azərbaycan Respublikası Milli Məclisi Aparatı, Bakı Dövlət Universiteti, Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyi, “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi, “Yerli İqtisadi İnkişaf Mərkəzi” İctimai Birliyi və digər qurumların nümayəndələri iştirak etmişlər.

Seminarda iştirakçıların sualları ətraflı cavablandırılmış, qrant müsabiqəsinin qaydaları izah olunmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR