ENG

EİF nümayəndə heyəti Kişinyov şəhərində Avropa Komissiyasının ”İnsanlar arasında təmaslar” Şərq Tərəfdaşlığı Platforması-4 proqramı çərçivəsində keçirilən ”Science evaluation as a prerequisite for promoting excellence br in research” Regional iclasda iştirak etmişdir

2915
A A A
Noyabr 06 2012

Avropa Komissiyasının Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun dəstəyi və Moldova Elmlər Akademiyasının təşkilatçılığı ilə 2012-ci il 6 noyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “İnsanlar arasında təmaslar” Şərq Tərəfdaşlığı Platforması-4 proqramı çərçivəsində “Science evaluation as a prerequisite for promoting excellence in research” Regional Workshop formatlı iclas keçirilmişdir.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fondun baş məsləhətçisi Ədilə Babayeva adıçəkilən tədbirdə iştirak etmişlər. İclasda Elçin Babayev “Təcrübəmiz, uğurlarımız və beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda çıxış etmişdir.

Azərbaycan nümayəndə heyəti Avropada üzrə qrantların verilməsi və elmi ekspertiza fəaliyyətinin prinsipləri ilə yaxından tanış olmuş və “Avropa Birliyi - 2020 Üfüqləri” çərçivəsində əməkdaşlıq və təcrübə mübadiləsi üzrə aparılan müzakirələrdə və yekun sənədin tərtibində iştirak etmişdir.

Press reliz

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR