ENG

ABŞ-da yerləşən ”Qarabağ” fondunun icraçı direktoru Diana Kohen Altman (Diana Cohen Altman) Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur

3189
A A A
Oktyabr 09 2012

9 oktyabr 2012-ci il tarixində ABŞ-da yerləşən “Qarabağ” fondunun icraçı direktoru Diana Kohen Altman (Diana Cohen Altman) və həmin Fondun mədəniyyət səfiri, Azərbaycan Diplomatik Akademiyasının Marketinq və Kommunikasiyalar üzrə direktoru Şəfəq Mehrəliyeva Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar.

Fondun icraçı direktoru Elçin Babayev Fondun fəaliyyəti haqqında danışmış, 2012-ci ildә tәsis edilən 1-ci beynəlxalq xarakterli “Şuşa qrantı” barədə ətraflı məlumat vermişdir.

Xanım Ş.Mehrəliyeva və xanım D.K.Altman ABŞ-ın Vaşinqton şəhərində yerləşən “Qarabağ Fondu”nun fəaliyyəti barəsində danışaraq gələcəkdə bu iki fond arasında mümkün əməkdaşlıq məsələlərinə toxunmuşlar. Xanım D.K.Altman rəhbərlik etdiyi fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli istiqamətində daim amerikalıların maarifləndirilməsi sahəsində bir çox işlər həyata keçirdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, fond öz fəaliyyətində Azərbaycanın mədəni irsi və adət-ənənələrini təbliğ etməyə çalışır.

Qonaq "Qarabağ" fondu tərəfindən bu günlərdə ABŞ-da keçirilən sərgiyə də toxunmuşdur. O, amerikalıların Azərbaycan mətbəxinə, mədəniyyətinə, folkloruna böyük maraq göstərdiklərini diqqətə çatdırmışdır.

Elmin İnkişafı Fondunun icraçı direktoru hər iki tərəf üçün ortaq maraq dairələrinin mövcudluğunu qeyd etmiş və əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşdür. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR