ENG

”Elm və İnnovasiya” elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq

3642
A A A
Dekabr 05 2016

6 dekabr 2016-cı il tarixində saat 22:15-də AzTV kanalında ”Elm və İnnovasiya” elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ölkəmizdə elmi fəaliyyət sahəsində xüsusi əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi istiqamətində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və gələcək vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayevdir.

Mənbə: science.az 

 

HİKMƏTLİ SÖZLƏR