ENG

2017-ci il üçün Prezident mükafatçılarının sırasında Elmin İnkişafı Fondunun qrant müsabiqələrinin qalibləri olan gənclər var

2328
A A A
Fevral 03 2017

Azərbaycan Respublikası Prezidentinin “2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 nəfərə Prezident mükafatları verilib. Elm və təhsil nominasiyaları üzrə mükafatçılar  sırasında Suxostat Lyudmila Valentinovna və İsrayılova Aygün Əlimərdan qızı da var.

Fərəhli haldır ki, hər iki şəxs Elmin İnkişafı Fondunun qrant müsabiqələrinin qalibi olub, A.İsmayılova Fondun 3-cü “Mobillik qrantı” əsasında Çex Respublıkasında bir aylıq elmi təcrübə keçib, L.Suxostat isə 3 elmi-tədqiqat layihəsində (1-də rəhbər olmaqla) iştirak edib (layihələrdən biri hal-hazırda davam edir).

Mükafatçıları təbrik edir və yeni zirvələr arzu edirik.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR