ENG

“Alimlərə dəstək” kampaniyası

3352
A A A
Fevral 08 2017

Elmin İnkişafı Fondu ilə “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında imzalanmış Sazişə əsasən “Asan İmza” mobil elektron imza innovasiya sistemi Fondun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub.

Tərəflər arasında əldə edilmiş razılığa əsasən Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün Asan İmza (Mobil elektron imza) SIM kartının (Fərdi Sertifikatı) hədiyyə olaraq (ödənişsiz) əldə edilməsi məqsədilə “Alimlərə dəstək” xüsusi aksiyasını keçirir.

 

Aksiyanın şərtləri:

  1. Aksiya 2017-ci ilin fevral ayının sonuna kimi keçirilir;
  2. Asan İmza (Mobil elektron imza) SIM kartını (Fərdi Sertifikatı) hədiyyə olaraq (ödənişsiz) əldə etmək üçün hər bir alim iş yerindən verilmiş arayışla və şəxsiyyət vəsiqəsi ilə fərdi şəkildə Elmin İnkişafı Fonduna müraciət edərək Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti tərəfindən təqdim olunan Şəhadətnaməni əldə etməlidir. Şəhadətnamə ilkin olaraq Fondun yeni elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində iştirak etmək istəyən və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumlarında çalışan alimlərə veriləcək. Layihə e-QRANT yolu ilə təqdim edilirsə, bu halda həm layihə rəhbər(lər)i, həm də bütün icraçılar Asan imza əldə etməlidirlər.
  3. Asan İmza (Mobil elektron imza) SIM kartının alınması üçün alimlər aşağıdakı sənədlərlə 1 №li “ASAN xidmət” Mərkəzinə (ünvan: Bakı, akademik Həsən Əliyev küçəsi, 36) 2017-ci il 28 fevral tarixi saat 18:00-dək müraciət etməlidirlər:

- “Asan İmza”nın əldə edilməsi üçün verilmiş Şəhadətnamə;
- iş yerindən arayış;
- şəxsiyyət vəsiqəsi.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR