ENG

Alimlər “Asan İmza” mobil elektron imza xidmətindən yararlanıblar

2643
A A A
Mart 01 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında “Asan İmza” mobil elektron imza innovasiya sisteminə qoşulma haqqında imzalanmış Sazişə əsasən “Asan İmza” mobil elektron imza xidməti Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub.

Müxtəlif xarakterli elmi-tədqiqat işlərinin qrant maliyyələşdirilməsi üçün layihələrin “e-QRANT” elektron sistemi vasitəsi ilə təqdim olunmasında “Asan İmza” xidmətindən istifadəyə artıq start verilib və Fondun keçirdiyi sonuncu “Elm-təhsil inteqrasiyası” məqsədli qrant müsabiqəsində bir sıra layihələr məhz “e-QRANT” vasitəsilə təqdim olunub.

Sazişə əsasən, Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün “Asan İmza” xidmətinin ödənişsiz olaraq əldə edilməsi məqsədilə bir aylıq xüsusi aksiya da keçirib və bu kampaniya cari ilin 28 fevral tarixinədək davam edib. Müxtəlif akademik və ali təhsil qurumlarından olan 126 alim və mütəxəssis təşkilatçılar tərəfindən onlara təqdim olunmuş sertifikatlardan istifadə etməklə, ödənişsiz olaraq “Asan İmza” xidmətindən yararlanıblar.

“Asan İmza” xidmətindən istifadə Elmin İnkişafı Fondunun elektron qrant sisteminə sənədlərin və müxtəlif layihələrin təqdim edilməsi üçün alimlər qarşısında innovativ imkanlar açır.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

 

HİKMƏTLİ SÖZLƏR