ENG

Volkswagen Fondunun nümayəndə heyəti Elmin İnkişafı Fondunda olmuşdur

6585
A A A
Oktyabr 09 2015

Almaniyanın Volkswagen Fondunun (VolkswagenStiftung) Baş katibi Dr. Wilhelm Krull, Fondun Proqram direktorları Dr. Matthias Nöllenburg və Dr. Wolfgang Levermann 2015-ci il 9 oktyabr tarixində Elmin İnkişafı Fondunda (EİF) olub.

Görüşdə EİF-in icracı direktoru Elçin Babayev və aparıcı mütəxəssisləri də iştirak edib. Görüşün əsas məqsədi Elmin İnkişaf Fondu və Volkswagen Fondunun fəaliyyəti ilə qarşılıqlı tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tərəflər yaxın gələcək üçün nəzərdə tutulan birgə fəaliyyət planını razılaşdırıb. Volkswagen Fondu Almaniyanın elmi tədqiqatları dəstəkləyən ən böyük və qeyri-dövlət (müstəqil) fondlarındandır. 1962-ci ildən bəri Fond 30 000-dən çox layihəni maliyyələşdirmək üçün 4.2 milyard Avrodan artıq vəsait ayırıb. Fondun kapitalı 2.9 milyard Avrodur və əsasən akademik institutları dəstəkləyir. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR