ENG

Böyük Britaniyada fəaliyyət göstərən “MTİ Ventures” şirkətinin “TransTech Capital” Fondunun partnyorları Elmin İnkişafı Fondunda olublar

3440
A A A
Mart 13 2015

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Böyük Britaniyada fəaliyyət göstərən “MTİ Ventures” şirkətinin (http://mtiventures.com/index.php/about-transtechcapital) “TransTech Capital” (TTC LLC) Fondunun partnyorları Simon Robeson, Riçard Henderson, David Livesley və Mahmut N.Sinoplu ilə görüş keçirilib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. EİF-in innovativ layihələri dəstəklədiyi qeyd olunub, texnologiyaların transferi və elmi nəticələrin kommersiyalaşdırılması üzrə keçirdiyi beynəlxalq seminar və treninqlər, maliyyələşdirdiyi qrant layihələri haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.

“TransTech Capital” Fondunun partnyorları Simon Robeson, Riçard Henderson, David Livesley və Mahmut N.Sinoplu “MTİ” şirkətinin fəaliyyəti haqqında məlumat verərək qazanılmış təcrübənin Türkiyə ilə yanaşı, Azərbaycanda da tətbiqinin, o cümlədən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini qeyd ediblər.

Elmin İnkişafı Fondu tərəfindən əməkdaşlıq məqsədi ilə konkret təkliflər verilib. Yaxın gələcəkdə əlaqələrin davam etdirilməsi məqsədilə tərəflər arasında növbəti görüşlərin keçiriləcəyi razılaşdırılıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR