ENG

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir.

1364
A A A
Mart 03 2023

Məlum olduğu kimi, Azərbaycan Elm Fondu (AEF) mütəmadi olaraq gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə qrant müsabiqələr elan edir.

AEF-in bu məqsədlə elan etdiyi müsabiqələrdən biri də Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsidir.

Bütün elm sahələri üzrə gənc tədqiqatçıların müraciət etməsi imkanlarının təqdim olunduğu bu müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 06 mart 2023-cü il tarixdən etibarən, elektron qaydada “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (e-QRANT) rəsmi internet səhifəsində (http://e-grant.aef.gov.az)  28 aprel 2023-cü il saat 17-00 dək həyata keçiriləcək.

Qeyd edək ki, elektron-hökumət prinsipləri əsasında qurulmuş bu sistem “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

HİKMƏTLİ SÖZLƏR