ENG

Azərbaycan Elm Fondu “Qarabağ Azərbaycandır-2!” məqsədli qrant müsabiqəsini elan edir.

1395
A A A
Mart 06 2023

Azərbaycan Elm Fondu azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılması, bölgənin kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi məqsədilə 2023-cü il üçün "Qarabağ - Azərbaycandır-2!" qrant müsabiqəsini elan edir.

Müsabiqədə iştirak etmək üçün layihələr 7 mart - 28 aprel  2023-cü il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2023-cü ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

HİKMƏTLİ SÖZLƏR