ENG

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini elan edir.

1254
A A A
Mart 14 2024

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi  məqsədi ilə 2024-cü ildə Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49)) elan edir.

          Gənclər üçün yaşıl təhsil: Ekoloji şüurun və həmrəyliyin təşviqi; Gənclər və dairəvi iqtisadiyyat: Tullantıların azaldılması və resurs həmrəyliyi üçün strategiyalar; Yaşıl innovasiya mərkəzləri: Ətraf mühit problemləri üçün gənclərin rəhbərlik etdiyi həllərin tərtib edilməsi və s. kimi prioritetlər müsabiqənin əsas prioritetləri kimi qeyd olunub.

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün layihələr 14 mart - 19 aprel 2024-cü il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2024-cü ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

 

Hörmətli Alimlər!

“e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” (http://e- grant.aef.gov.az/) saytında texniki işlər aparıldığı üçün müsabiqəya layihələr kagız formatında qəbul olunacaq. Layihənin təqdim edilməsi üçün formalar müsabiqə elanına əlavə olunur.

Hörmətli Аlimlər!

Ərizənizi təqdim etməzdən əvvəl, gələcəkdə hər hansı problem və ya narazılığın qarşısını almaq üçün müsabiqə elanını diqqətlə oxuyun. Layihə ilə yanaşı, elmi fəaliyyətlə məşğul olduğunuzu göstərən zəruri sənədlər paketini, işlədiyiniz qurumun rəhbərliyi adından iştirakınıza razılıq məktubu, еləcə də şəxsiyyət vəsiqələri, diplomlar və s. sənədləri  Fonda təqdim etməyinizi xahiş edirik.

HİKMƏTLİ SÖZLƏR