ENG
13 Aprel 2011

13 aprel 2011-ci il tarixində Dünya Bankının elm, texnologiya və innovasiya üzrə mütəxəssisi K.Sezar Yammal Elmin İnkişafı Fondunda olmuşdur

Dünya Bankının elm, texnologiya və innovasiya üzrə mütəxəssisi, Argentinanın İnnovos Şirkətlər Qrupunun prezidenti K.Sezar Yammal və Azərbaycanda Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur. Görüşdə Azərbaycanda elm və təhsilin inkişafı sahəsində qrant ...

Ətraflı
09 Mart 2011

ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast Elmin İnkişafı Fondunda olmuşdur

ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidenti xanım Elis Qast (Alice P. Gast) və nümayəndə heyətinin üzvləri – ABŞ Dövlət Departamentinin Okeanlar, ətraf mühit və elm ...

Ətraflı
28 Fevral 2011

CRDF rəsmiləri EİF-də olmuşlar

28 fevral  2011-ci il tarixində CRDF-in (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) Mərkəzlər, İnstitutlar Yaradılması və İnnovasiya üzrə Proqram direktoru Con Modzelevski və Baş proqram meneceri Eldar İmanverdiyev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış ...

Ətraflı
31 Yanvar 2011

UNESCO rəsmiləri EİF-də olmuşlar

31 yanvar 2011-ci il tarixində UNESCO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və ...

Ətraflı
19 Yanvar 2011

Fransanın Azərbaycandakı Səfirliyində görüş

2011-cu il 19 yanvar tarixində Fransanın Azərbaycandakı Səfirliyində keçirilən işgüzar görüşdə EİF-in icraçı direktoru Elçin Babayev, EİF-in baş məsləhətçisi Günel Həsənova, səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi Lük Obri (Luc Aubry), Fransanın elmi-təqdiqatlar mərkəzinin (Centre national de la recherche scientifique, CNRS) əməkdaşı Dr. Mark ...

Ətraflı
15 İyul 2010

İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Mixael Lavon Lotemlə görüş

15 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixael Lavon Lotemlə görüşmüşdür. Tərəflər qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Görüşdə Fondla İsrailin elm və ...

Ətraflı
HİKMƏTLİ SÖZLƏR