ENG
10 May 2013

“Elsevier” nəşriyyatının nümayəndələri ilə Elmin İnkişafı Fondunda görüş keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda dünyanın ən iri nəşriyyatlarından biri olan “Elsevier”in Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə menecerləri Ayhan Akanay Saraçoğlu və Yıldız Kıdıraliyeva ilə görüş keçirilmişdir. Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Fondun fəaliyyəti haqqında ...

Ətraflı
08 Aprel 2013

2013-cü il 8 aprel tarixində Almaniya Dağ-Mədən Muzeyinin professoru Ünsal Yalçın, Arxeometallurgiya laboratoriyasının rəhbəri Michael Prange və arxeometallurgiya üzrə Fransalı mütəxəssis Antoine Courcier Elmin İnkişafı Fondunda olmuşlar

Görüşdə Azərbaycan alimləri ilə birgə Azərbaycanda qədim dağ mədən işi, metallurgiya və metalişləmə sənəti sahəsində arxeoloji araşdırmalar aparılması məsələləri müzakirə olunmuş, Fondun qrantları vasitəsilə bu sahə üzrə tədqiqatlara dəstək verilməsi, müasir tədqiqat avadanlıqları alınması və gənc alimlərin Almaniya və Fransada təcrübəkeçmə ...

Ətraflı
28 Mart 2013

Türkiyənin Erciyes Universitetinin prorektoru professor Hasan Yetim və həmin Universitetin Gen Kök Genom və Kök Hüceyrə Mərkəzinin direktoru professor Yusuf Özkul Elmin İnkişafı Fondunda olmuşdur

2013-cü il 28 mart tarixində  Türkiyənin Erciyes Universitetinin prorektoru professor Hasan Yetim və həmin Universitetin “Gen Kök” Genom və Kök Hüceyrə Mərkəzinin direktoru professor Yusuf Özkul Elmin İnkişafı Fondunda olmuşdur. Fondun fəaliyyəti ilə tanış olan professorlar Erciyes Universiteti və Genom və Kök Hüceyrə Mərkəzi haqqında məlumat vermişlər. ...

Ətraflı
18 Dekabr 2012

Argentina La Plata Milli Universitetinin (Universidad Nacional de La Plata in Argentina) Azərbaycanşünaslıq kafedrasının katibi professor Paulo Botta Elmin İnkişafı Fondunda olmuşdur

2012-ci il 18 dekabr tarixində  Argentina La Plata Milli Universitetinin (Universidad Nacional de La Plata in Argentina) Azərbaycanşünaslıq kafedrasının katibi (Estudios de Azerbaiyán) professor Paulo Botta Elmin İnkişafı Fondunda olmuşdur. Fondun fəaliyyəti ilə tanış olan  professor Paulo Botta azərbaycanşünaslıq kafedrası haqqında məlumat vermişdir. Tərəflər ...

Ətraflı
06 Noyabr 2012

EİF nümayəndə heyəti Kişinyov şəhərində Avropa Komissiyasının ”İnsanlar arasında təmaslar” Şərq Tərəfdaşlığı Platforması-4 proqramı çərçivəsində keçirilən ”Science evaluation as a prerequisite for promoting excellence br in research” Regional iclasda iştirak etmişdir

Avropa Komissiyasının Tədqiqat və İnnovasiyalar üzrə Baş Direktorluğunun dəstəyi və Moldova Elmlər Akademiyasının təşkilatçılığı ilə 2012-ci il 6 noyabr tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “İnsanlar arasında təmaslar” Şərq Tərəfdaşlığı Platforması-4 proqramı çərçivəsində “Science evaluation as a prerequisite for promoting ...

Ətraflı
09 Oktyabr 2012

ABŞ-da yerləşən ”Qarabağ” fondunun icraçı direktoru Diana Kohen Altman (Diana Cohen Altman) Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur

9 oktyabr 2012-ci il tarixində ABŞ-da yerləşən “Qarabağ” fondunun icraçı direktoru Diana Kohen Altman (Diana Cohen Altman) və həmin Fondun mədəniyyət səfiri, Azərbaycan Diplomatik Akademiyasının Marketinq və Kommunikasiyalar üzrə direktoru Şəfəq Mehrəliyeva Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Fondun icraçı direktoru Elçin Babayev Fondun ...

Ətraflı
HİKMƏTLİ SÖZLƏR